Yurd FM

Yurd FM 90.7 FM Aserbaidschan, Baku
0 0

Yurd FM radiosu, 18 noyabr 2022-ci ildən Bakı şəhərində yayıma başlayıb. Yayımı eyni zamanda dünyanın istənilən ölkəsində internet üzərindən www.yurdfm.az saytına daxil olmaqla dinləmək mümkündür. Yeni radio Bakı və Abşeronda 90.7 FM tezliyində fasiləsiz olaraq 24 saat yayımlanır. 2023-cü ilin birinci yarısından etibarən radio Azərbaycanın bölgələrində də yayıma başlamağı planlaşdırılır. Yurd FM radiosu, Azərbaycan xalq musiqisi, muğam, mahnı, təsnif, instrumental musiqi, aşıq musiqisi və milli rəqs musiqisi formatında fəaliyyət göstərir. Bu əsərlər həm Azərbaycan musiqisi korifeylərinin, həm də müasir sənətkarların ifasında dinləyici auditoriyasına təqdim olunur. Radionun əsas məqsədi Azərbaycan xalq musiqi janrlarının gənc nəsil tərəfindən dinlənilməsi və sevilməsi işinə tövhə vermək, müasir xalq musiqisi ifaçılarının yaradıcılığını radio efirində geniş təbliğ etməkdir.

  • Frequency: 90.7 FM
In der Luft
Gözləyən var məni
Arzu Əliyeva - Gözləyən var məni
Sarı gəlin
Fərqanə Qasımova - Sarı gəlin
Dogma musiqi dalgasi!
Yurd FM - Dogma musiqi dalgasi!
Azərbaycan
Əqli yar ansamblı - Azərbaycan
Darıxmışam
Bəyimxanım Vəliyeva - Darıxmışam
Kontakte
Adresse : Bakı, Nərimanv r., Məmməd Araz k., 43
Email: info@yurdfm.az
Telefon: (+994) 994 907 907 (+994) 996 907 907